Türkiyənin məşhur elm adamı vəfat etdi

Türkiyənin Ədirnə şəhərinin tibb elmlər doktoru, professor Ali Serdar Gözen dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, professorun ölümü yaxınlarını və bütün Ədirnəni kədərləndirib.

Ömrünü xəstələrə həsr edən Ali Serdar Gözen “Trakya Universiteti” urologiya bölümünün müəllimi və Avropa Urologiya Assosiasiyasının Uro-Texnologiya bölməsinin rəhbəri olub.

Ədirnənin ən əhəmiyyətli insanlarından biri olan Gözen 130 ölkədən 15 mindən çox üzvü olan dərnəkdə rəhbərlik dərəcəsi alan ilk türk uroloq kimi tarixə düşüb.

Gununsesi.info-ya danışan professorun yaxınları deyir ki, hər kəs onun ölümündən şokdadır: “Dünən Əli qardaşımızı itirdik. O, kasıbların dostu idi, Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə, Afrikada uroloqlara hörmət edib, əlindən gələni edib. Professor bizim xahişimiz olmadan klinikamızı və köməkçilərimizə daima dəstək olurdu. O, klinikamızı AAU-nun rəsmi təlim mərkəzinə və bütün sənaye üçün cazibə mərkəzinə çevirməyi təklif etmişdir. Heyf ki, daha bir çox gözəl layihələri tamamlayacaq qədər çox yaşamadı. Bu, ölkəmiz və qlobal urologiya üçün əvəzolunmaz erkən itki idi. Allah rəhmət eləsin”.