Azərbaycanın voleybol millisi bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək

  • By Günel
  • 17 Avqust 2024 10:27

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.

B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.

 

Gununsesi.info