Britaniyalı diplomat İsrailə silah satışına görə istefa verib

Britaniyalı diplomat Mark Smit, Birləşmiş Krallığın İsraili dəstəkləməsi ilə razılaşmadığı üçün istefa verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Xarici İşlər Nazirliyinin hərbi cinayətlərdə iştirakçılığı” başlıqlı məktubunda, o, İsraili hərbi cinayətlər törətməkdə və soyqırım həyata keçirmək niyyətində olmaqda ittiham edib, həmçinin Britaniyanın İsrailə silah satışını davam etdirməsindən narazılığını ifadə edib.

Smit iddia edir ki, “İsrail əsgərləri vətəndaş əmlakını qəsdən yandırdıqlarını, məhv etdiklərini və talan etdiklərini videoya çəkir və əsirlərə qarşı zorakılıq və işgəncə etdiklərini açıq şəkildə etiraf edirlər.”

 

 

Gununsesi.info