Bir il ərzində Ukrayna dəhlizindən 2300-dən çox gəmi istifadə edib

Qara dənizdə dəniz dəhlizinin fəaliyyət göstərdiyi  il ərzində Ukraynanın Qara dəniz limanlarına 2300 gəmi daxil olub. Yük dövriyyəsi 64 milyon tondan çox olub.

Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir Denis Şmıxal hökumətin iclasında bildirib.

O, xatırladıb ki, Rusiya işğalın ilk günündən Ukraynanın Qara dənizdəki limanlarının bağlanması üçün hər şeyi edib. Düşmən Ukrayna və onun müttəfiqlərinin iqtisadiyyatına belə təzyiq göstərərək qlobal ərzaq təhlükəsizliyinə təhdidlər yaradır.

Şmıqalın sözlərinə görə, ötən il Ukraynanın ən böyük qələbələrindən biri Ukrayna dəniz dəhlizinin açılması olub.

Baş nazir Ukrayna üçün dəniz dəhlizinin işinin nəticələrini bölüşüb.

“Bu il 2300-dən çox gəmi Ukraynanın Qara dəniz limanlarına daxil olub. Yük dövriyyəsi 64 milyon tondan çox olub. Ukraynadan təxminən 44 milyon ton taxıl ixrac edilib”.

Onun sözlərinə görə, bütün bunlar dövlət iqtisadiyyatının müxtəlif sahələrinə və bütövlükdə iqtisadiyyata müsbət təsir göstərib.

 

 

Günay

Gununsesi.info