İsrail Qəzza və Livanı bombaladı: 25 nəfər öldü

  • By Günel
  • 17 Avqust 2024 10:02

Ötən gecə İsrail hərbi aviasiyasının Qəzzanın mərkəzindəki Əl-Zavayda yaşayış məntəqəsindəki sığınacağa aviazərbələri nəticəsində 15 nəfər ölüb.

Gununsesi.info APA-ya istinadən bildirir ki, hava reydi zamanı xeyli sayda yaralıların olduğu açıqlanıb.

Qırıcılar Livanın cənubunu da hədəfə alıb. Nabatiyə şəhərindəki yaşayış binalarından birinə atılan raketlər azı 10 nəfərin həyatına son qoyub, 3 nəfər dinc sakin isə yaralanıb.

 

Gununsesi.info