
“Avqustun 1-də əsirlərin dəyişdirilməsi mənim nə vaxtsa azadlığa çıxmaq növbəsinin mənə çatacağına dair ümidlərimi canlandırdı. Mən ümidlə yaşayıram, çünki onsuz mənə heç nə qalmayıb”.
Gununsesi.info xəbər verir ki, bu “The Wall Street Journal” Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məktubunu dərc edib.
Bildirilir ki, məktubunda o, Rusiya ilə Qərb ölkələri arasında növbəti məhbus mübadiləsinə qatılacağına açıq şəkildə eyham vurub.
Eks-prezident hesab edir ki, o, həbsxanada öldürülən Aleksey Navalnı və Vladimir Kara-Murza kimi Kremlin “təsirinə müqavimət göstərdiyinə” görə Rusiya repressiyalarına məruz qalıb: “Mən də Rusiya repressiyasına məruz qalmışam. Qondarma ittihamlarla altı il həbs cəzasına məhkum edilmişəm və qarşıda cəzamın müddətini daha 11 il artıra biləcək yeni məhkəmələr var. Qara-Murza kimi, mən də zəhərlənmişəm və yəqin ki, ömrümün sonuna qədər simptomlardan əziyyət çəkəcəyəm” – Saakaşvili deyə yazır.
Saakaşvili hesab edir ki, “Rusiya onun hökumətinin uğurlarına nifrət edirdi” və “Vladimir Putinin 2008-ci ildə Gürcüstana hücumu onun devrilməsinə yönəlib”.
Eks-prezident əlavə edir ki, Amnesty İnternational onu “siyasi vendettanın”, Avropa Şurası isə “Putinin məhbusu” adlandırıb.
O, yazır ki, Gürcüstan daxilində keçirilən sorğular onun azadlığa çıxmasına “əhəmiyyətli səs çoxluğu” ilə dəstək olduğunu göstərir.
Keçmiş prezident əlavə edir ki, Ukrayna lideri Vladimir Zelenski, digərləri ilə yanaşı, azadlıq məsələsi üzərində işləyir.
Şəbnəm
Gununsesi.info