Putin Kursk vilayətindəki vəziyyətdən narahatdır

Putin Kursk vilayətindəki vəziyyətdən narahatdır və Ukraynanın şimala doğru irəliləməsinə qarşı çıxmağın yollarını axtarır. Eyni zamanda, o, nüvə silahından istifadə etməyə hazır deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi jurnalistlərlə söhbəti zamanı bildirib.

“Əgər o, qoşunları ora köçürürsə, deməli, baş verənlərdən bir qədər narahatdır. Bilmirəm, bu ümidsizlikdir, ya yox, amma o, əlbəttə ki, Kursk bölgəsində baş verənlərə reaksiya verir. Amma biz son günlər xüsusilə nüvə silahları ilə bağlı hər hansı eskalator ritorika görmədik və eşitmədik”, – deyə Kirbi bildirib.

O, əlavə edib ki, bu gün ABŞ-ın nüvə təhlükələri ilə bağlı hesablamalarını və ya strateji çəkindirmə mövqeyini dəyişməsi üçün heç bir səbəb yoxdur.

 

 

 

Günay

Gununsesi.info