
Kanada Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə (AFU) Kiyevə verilmiş silahları Rusiya ərazisində istifadə etmək icazəsi verib.
Gununsesi.info xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
“Ukraynalılar vətənlərini necə müdafiə etməyi hamıdan yaxşı bilirlər və biz bu işdə onlara dəstək olmağa çalışırıq. Kanada Ukraynaya verdiyimiz hərbi texnikanın istifadəsinə coğrafi məhdudiyyətlər qoymur”, – deyə Müdafiə Nazirliyinin sözçüsü Andree-Anne Poulain bildirib.
Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu zamanı Kanada hərbi texnikasından istifadə edilib-edilmədiyi məlum deyil.
Avqustun 9-da Kursk vilayəti ilə sərhəddə döyüşlərdə Kanada və Gürcüstandan olan muzdlular görünüb.
Qeyd edək ki, hücumlarda iştirak edən əcnəbilərin ümumi sayının 300 nəfər olduğu bildirilir.
Afət
Gununsesi.info