Qeydə alınan müşahidəçilərin sayı açıqlandı

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb”.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, seçkilərlə əlaqədar 93 min 964 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 5859-u MSK-da, 88 105-i isə Dairə Seçki Komissiyalarında qeydə alınıb”.

 

 

Gununsesi.info