Kəmaləddin Heydərovdan yeni təyinatlar

  • By ilhame
  • 16 Avqust 2024 22:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

 

Gununsesi.info “Qaynarinfo”ya istinadən xəbər verir ki, FHN-in daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

 

Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Tağı oğlu Nəsirov da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

 

FHN-in daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

 

Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.

Gununsesi.info