Trampın beyin yandıran hiyləsi – 20 milyonluq malikanəni 7 milyona necə alıb?

  • By Günel
  • 16 Avqust 2024 17:15

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir-birindən fərqli hadisələrlə gündəmə gəlir. Daşınmaz əmlak maqnatı və iş adamı olan Trampın ən maraqlı və yaddaqalan təşəbbüslərindən biri onun Mar-a-Lago-nu alması olub. Bəs, Tramp bu 20 milyon dollarlıq malikanəni necə 7 milyon dollara alıb?

Trampın gözünün dikdiyi və ABŞ-ın ən lüks malikanələrindən biri olan Mar-a-Lago (İspan dilində “Dənizdən Gölə”) Floridada yerləşən bir tətil məkanı, eyni zamanda tarixi məkanlardan biridir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1924-1927-ci illər arasında ABŞ-ın ən zəngin qadını olan Marjorie Merriweather Post və əri Edvard F.Huttonla birlikdə evin tikintisini öz üzərinə götürmüşdür.

Marjorie bu evə 7 milyon ABŞ dolları xərcləmişdir. Bu rəqəm indiki dövr üçün 123 milyon dollara bərabərdir. O zaman bu, tarixdə tikilmiş ən bahalı rezidensiyalardan biri idi. 1973-cü ildə ölümündən sonra Post mülkü Milli Park Xidmətinə verib. O, buranı dövlət səfərləri üçün və ya “Qış Ağ Evi” kimi istifadə oluna biləcəyinə ümid edirdi. 1973-cü ildə vəfat edən Post, 17 hektarlıq ərazini prezidentlər və xarici dövlətlərin yüksək səviyyəli qonaqları üçün “Qış Ağ Evi” kimi istifadə etmək üçün ABŞ hökumətinə vəsiyyət etmişdir.

Mar-a-Lago 1920-ci illərdə “Floridada malikanələr tikən varlıların baron həyat tərzini” örnək göstərdiyi üçün 1980-ci ildə Milli Tarixi Əsər elan edildi. Lakin əmlakın saxlanması xərcləri Post tərəfindən verilən vəsaiti aşdığı və obyektin təhlükəsizliyini təmin etməyə çətin olduğu üçün əmlak Konqresin 1981-ci il aktı ilə Post Fonduna qaytarıldı. Və 20 milyon dollara satışa çıxarıldı.

Bu malikanənin müştərilərindən biri də Donald Tramp olub. Donald Trampın Mar-a-Lago -nu almaq niyyətindən heç kim məmnun deyildi. Palm Beach şəhər şurası Trampın yenidənqurma planları ilə razılaşmamışdır. Şəhər şurası Trampa kənar şəxs kimi baxırdı, ona görə də, onun əmlakın dəyişdirilməsi tələbinə cavab olaraq bir sıra məhdudiyyətlər tətbiq etdilər.

Trampın ilk planı geniş ərazini malikanəyə çevirmək idi. Onun arzusu ailəsi ilə birlikdə hər kəsdən uzaq olan bu evdə yaşamaq idi. Tramp malikanəni alanda, hətta ABŞ prezidenti olacağını bilmirdi. Ancaq onun Mar a Lago -nu almaq üçün etdiyi hiylə illərlə danışılacaq.

Tramp əvvəlcə 20 milyon dollara satılan mülkü 15 milyon dollara almaq istəyib. Bu təklif  Post ailəsi tərəfindən dərhal rədd edilib. Həmin illərdə hökumətin Mar-a-Lago üçün tələb etdiyi qiymət 20 milyon dollardan aşağı ola bilməzdi. Gözünü malikanəyə dikən Tramp ondan asanlıqla əl çəkməyib. O, mülkü almaq üçün planlar cızmağa başlayıb.

Tramp daha sonra Mar-a-Lago ilə okean arasındakı ərazini məşhur fast food brendinin keçmiş sahibi Jack C. Masseydən 2 milyon dollara alıb və Mar-a-Lago- nun dəniz mənzərəsinin qarşısını kəsərək bir ev tikməyi planlaşdırdığını bəyan edib.  Üstəlik o, bunun tarixi bina olduğunu və planını həyata keçirsə, binanın tarixi dəyərinə ziyan vuracağını və bunun da, əmlakın dəyərini aşağı salacağını iddia edib.

Bu təhlükə Mar-a-Lagoya olan rəqabət marağının azalmasına səbəb oldu. Bütün baş verənlərdən sonra 1985-ci ildə Tramp malikanəni 7 milyon dollara alıb.

Müxtəlif mənbələr satın alma işlərinin ümumi dəyərinin təxminən 10 milyon dollar təşkil edəcəyini bildirdi.

Minimum məqbul təklif 20 milyon dollar, daxili əşyalar isə 8 milyon dollar dəyərləndirilsə də, Tramp malikanəni tələb olunan qiymətindən çox aşağı qiymətə ala bilib.

Trumpın beyin yakan kurnazlığı 20 milyonluk saray yavrusunu 7 milyona nasıl aldı

Trumpın beyin yakan kurnazlığı 20 milyonluk saray yavrusunu 7 milyona nasıl aldı

Trumpın beyin yakan kurnazlığı 20 milyonluk saray yavrusunu 7 milyona nasıl aldı

 

Günel

Gununsesi.info