Bu gün Premyer Liqada 3-cü tura start veriləcək

  • By Günel
  • 17 Avqust 2024 10:37

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu, 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə “Sumqayıt” “Səbail”i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi üç xalla 4-5-ci, “dənizçilər” isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz”

Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail”

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

 

Gununsesi.info