Lukaşenko Belarusun istənilən təhlükənin qarşısını almağa tam hazır olduğunu bildirib

  • By ilhame
  • 16 Avqust 2024 13:56

Belarus istənilən təxribatın qarşısını almaq üçün bütün imkanlara malikdir.

 

Gununsesi.info-nun yerli mətbuata istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələlərinə dair müşavirədə bildirib.

 

“Biz Belarusa qarşı istənilən təhlükənin qarşısını almağa tam hazırıq. Belə başa düşürəm ki, mümkün təxribatların – mən “hücum” və ya “zərbə” sözlərindən istifadə etmək istəmirəm -qarşısını almaq üçün bütün imkanlarımız var”, – Lukaşenko vurğulayıb.

Gununsesi.info