Kursk əməliyyatında əvvəl Ukrayna əsgərləri qısa müddətli təlim keçib

Kursk əməliyyatından bir ay əvvəl bəzi Ukrayna Silahlı Qüvvələri əsgərləri Böyük Britaniyada qısa müddətli təlim keçib və burada onlara çoxmərtəbəli binalara reydlər etmək öyrədilib.

Gununsesi.info xəbər verir ki, bu barədə The Times yazır.

Bildirilir ki, hücuma hazırlıq gizli saxlanılıb, bu da Rusiyanı hazırlıqsız yaxalayıb və Kiyevdə bir çox yüksək vəzifəli rəsmilər üçün şok olub.

82-ci briqadanın 25 yaşlı rota komandiri Vladimir bildirib ki, Sumaradakı mövqelərinə general Aleksandr Sırskiyinin ziyarətindən sonra qarşıdan gələn əməliyyat barədə şübhələnib.

Bəzi bölmələr o qədər sürətlə yer dəyişdirilib ki, hazırlıq görməyə vaxt tapmayıblar.

Onlara verilən Qərb istehsalı tüfənglər isə tez-tez ilişib qalırdı və təxliyə üçün kifayət qədər tibbi maşınlar mövcud deyildi.

 

Gununsesi.info