
Ukraynalı ixracatçılar 2024-cü ilin birinci yarısında mallarının fiziki satış həcmini 35% artırıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın bunu baş nazir Denis Şmıqal deyib: “Biz müharibədən əvvəlki ixrac səviyyəsinə çatmışıq”.
Baş nazirin qeyd edib kii, Rusiya işğalın ilk günündən Ukraynanın Qara dənizdəki limanlarının bağlanması üçün hər şeyi etdi: “Beləliklə, düşmən Ukrayna iqtisadiyyatına təzyiq göstərib, eyni zamanda müttəfiqlərimizə təzyiq edərək qlobal ərzaq təhlükəsizliyinə təhdidlər yaradıb”.
Şmıqal qeyd edib ki, ötən il Ukraynanın ən böyük qələbələrindən biri Ukrayna dəniz dəhlizinin açılması olub: “Düz bir il keçib və bu gün ölkəmiz üçün çox mühüm nəticələri dəyərləndirə bilərik. Bu il 2300-dən çox gəmi Ukraynanın Qara dəniz limanlarına daxil olub. Yük dövriyyəsi 64 milyon tondan çox olub. Ukraynadan təxminən 44 milyon ton taxıl ixrac edilib. Bütün bunlar iqtisadiyyatımızın müxtəlif sahələrinə və bütövlükdə iqtisadiyyata müsbət təsir göstərib”.
İlhamə
Gununsesi.info