Qazaxıstan anti-Rusiya sanksiyalarına kor-koranə əməl etməyəcək

“Qazaxıstan anti-Rusiya sanksiyalarına kor-koranə əməl etməyəcək, xüsusən də bu sanksiyalar onun maraqlarına təsir edərsə”.

Gununsesi.info xəbər verir ki, bunu Bloomberg-ə müsahibəsində Qazaxıstanın ticarət naziri Serik Jumanqar deyib.

Jumanqarin qeyd edib ki, respublika ikili təyinatlı bilyalı podşipniklərin satışına qoyulan qadağaya qətiyyən qoşulmayacaq, çünki onlar xüsusi olaraq Şərqi Avropa ölkələri və keçmiş SSRİ üçün istehsal olunublar.

Sanksiyalar Qazaxıstanı da vurdu. O, əlavə edib ki, 40%-i Qazaxıstan Respublikasına aid olan mədən şirkəti Eurasian Resources Group Rusiya Federasiyasına tədarükün qadağan edilməsindən sonra böyük itkilərə məruz qalıb.

Rusiya ölkə daxilində yeni təchizatçılar tapıb və mənfəətini artırıb:”Biz istehsalçılarımızın ticarətə qadağa qoyulmasına icazə verməyəcəyik” .

Jumanqarin bu il iyunun əvvəlində bildirib ki, Qazaxıstan ABŞ, Avropa İttifaqının Rusiya və digər ölkələrə qarşı sanksiya siyasətini dəstəkləmir, lakin buna əməl etməyə məcburdur.

 

 

Afət

Gununsesi.info