
Ukrayna Silahlı Qüvvələrinin 24 hərbçidən ibarət bölməsi Rusiya ordusunun hərbçilərinə təslim olub.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.
Hadisənin Kursk istiqamətində Komarovka kəndi yaxınlığında baş verdiyi, ukraynalı hərbçilərin bunun üçün xüsusi yaradılmış teleqram kanalından istifadə etdiyi bildirilib.
Agentlik, həmçinin prosesin pilotsuz uçuş aparatı ilə çəkilmiş görüntülərini də yayıb.