Prezident Ərdoğanın Zelenski ilə görüşü başlayıb

Ukrayna prezidenti Zelenski prezident sarayında prezident Ərdoğanla görüşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bu gün saat 12:00-da Türkiyəyə gəlib.

Esenboğa hava limanında mətbuat mənsublarına qısa açıqlama verən Zelenski daha sonra Prezident Kompleksinə keçib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Zelenski ilə Prezident Kompleksində görüşü saat 13.20 radələrində başlayıb.

Orxan

Gununsesi.info