İsrail Livanda BMT qüvvələrinə atəş açıb

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) İsrail ordusunun Livandakı UNIFIL mövqeyinə birbaşa atəş açdığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail növbəti dəfə BMT qüvvələrini hədəfə alıb.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) verdiyi açıqlamada dünən İsrail ordusunun Livanın Kfar Şuba kəndinin cənubundakı UNIFIL mövqeyinə birbaşa atəş açdığını bildirib və əlavə edib ki, “UNIFIL İsrail Müdafiə Qüvvələrinin (IDF) UNIFIL personalı və Linenin yaxınlığındakı UNIFIL-ə qarşı son təcavüzkar davranışından narahatdır”.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail ordusu son vaxtlar UNIFIL qüvvələrinə qarşı başqa təcavüzkar davranışlar da edib.

Orxan

Gununsesi.info