Rutte: Türkiyənin birləşdirici gücünü hər gün görürük

NATO-nun baş katibi Rutte Antalyada keçirilən toplantıdan sonra çıxışında “Türkiyənin birləşdirici gücünü hər gün görürük” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, NATO baş katibi Mark Rutte NATO Xarici İşlər Nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısından sonra keçirilən mətbuat konfransında açıqlama verib.

Antalyada göstərdiyi gözəl qonaqpərvərliyə görə Türkiyəyə təşəkkür edərək, Haaqa sammitinin gündəmini dərindən müzakirə etmək fürsəti əldə etdiklərini söyləyən Rutte, İstanbulda Rusiya-Ukrayna danışıqları öncəsi verdiyi açıqlamada “Ukraynaya dəstəyimiz davam edəcək” deyib.

Türkiyəyə F-35 və Eurofighter döyüş təyyarələrinin satışı ilə bağlı danışan Rutte, həmçinin bildirib:

“NATO müttəfiqləri arasında silah satışına mane olmamağın tərəfdarıyıq”.

 

Orxan

Gununsesi.info