Portuqaliyalı futbolçu “Fənərbağça”dan ayrılıb

  • By ilhame
  • 19 Avqust 2024 19:28

Türkiyənin “Fənərbağça” klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər “Başakşəhər” komandasının uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Krespo son olaraq icarə əsasında İspaniyanın “Rayo Valyekano” kollektivində çıxış edib.

Gununsesi.info