Co Bayden geridə kədərli bir miras qoyacaq

“Birləşmiş Ştatların prezidenti Co Bayden xalqı birləşdirə bilmədiyi və bir sıra iqtisadi və beynəlxalq məsələləri həll edə bilmədiyi üçün geridə “kədərli miras” qoyub vəzifəsini tərk edəcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

“Demokratlar Harris qalib gələ bilsə, bunu zəfər hesab edəcəklər. Amma ya o, ya da Tramp Baydendən daha parçalanmış və məyus bir ölkəni miras alacaq. Bu, Bayden prezidentliyinin kədərli mirasıdır”, -deyə nəşr yazır.

Bildirilir ki, COVID-19 pandemiyasına səmərəsiz reaksiyalar nəticədə rekord inflyasiyaya, 2022-ci ilin iyununda 9,1%-ə çatmasına və amerikalıların real gəlirlərinin azalmasına səbəb olub.

Üstəlik, Baydenin qaçqın böhranını həll edə bilməməsi onun prezidentliyi boyu bir problem olaraq qalacaq.

“Ukrayna və Yaxın Şərqdəki müharibənin nəticələrini görməyincə onun xarici siyasətinin nəticələri bəlli olmayacaq”.

Bundan əvvəl “The New York Times” mənbələrə istinadən yazıb ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden hələ də qarşıdan gələn noyabr seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub edə biləcəyinə inanır.

 

 

Şəbnəm

Gununsesi.info