
Yaxın Şərqdə artan gərginliyə görə qabaqlayıcı tədbir alan Almaniyanın hava yolu şirkəti Lufthansa avqustun 26-dək Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşları həyata keçirməyəcəyini açıqlayıb.
Swiss International Air Lines (İsveç Beynəlxalq Hava Yolları), Austrian Airlines (Avstriya Hava Yolları) və Eurowings (Avro qanad) kimi hava yolu şirkətləri Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar 26 avqusta qədər İran və İraq hava məkanından çəkiləcəklərini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Beyrutda Hizbullah komandiri Fuad Şükür və Tehranda HAMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı edəcəyi cavab tədbirləri dünyanı təşvişə salıb.
Qeyd edək ki, Lufthansa daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 21-dək ləğv etmişdir.
Günel
Gununsesi.info