İsveçrəli qapıçı millidəki karyerasını bitirib

  • By ilhame
  • 19 Avqust 2024 13:57

İtaliyanın “İnter” klubunda çıxış edən qapıçı Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.

Gununses.info  xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 35 yaşlı qolkiper 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Zommer 35 görüşdə qapısını toxunulmaz saxlayıb.

Gununsesi.info