
“İran Rusiya ilə əməkdaşlıqda maraqlıdır”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
O, 2023-cü ilin sonunda Rusiyanın İrana xarici sərmayə qoyuluşunda birinci yeri tutmasına aydınlıq gətirib:“Biz Rusiya ilə işləməkdə çox maraqlıyıq. İran öz ərazisindən Rusiya qazını ötürməyə hazırdır”.
Qeyd edək ki, iyun ayında Qazprom və İran Milli Qaz Şirkəti qaz tədarükü ilə bağlı strateji memorandum imzalayıblar.
Həmin ay İranın neft naziri Cavad Ouci bildirib ki, razılaşmaya əsasən, İran 300 milyon kubmetrədək neft almağı planlaşdırır.