
Siciliya sahilləri yaxınlığında göyərtəsində 22 nəfər olan yelkənli super-yaxta batıb.
Gununsesi.info-nun “Sky News“a istinadən xəbərinə görə, hadisəyə güclü fırtınanın səbəb olduğu bildirilib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə itkin düşüb, 15 nəfər isə xilas edilib.