Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb

  • By ilhame
  • 19 Avqust 2024 13:07

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (Qızıl Qartal) birgə taktiki-xüsusi təlimi keçirilir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.

 

“Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

Gununsesi.info