
Ukraynalı jurnalist Yuri Butusov Sudji hərbi komissarlığında axtarışda olan rusiyalı çağırışçıların şəxsi sənədlərini taparaq yandırıb.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bu, onun Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan regional mərkəzə səfəri zamanı baş verib.
Butusov rusiyalı hərbçilərin tərk etdiyi hərbi komissarlıq binalarına, həmçinin Daxili İşlər Nazirliyinin və FSB-nin yerli bölmələrinə baş çəkib. O, müvafiq videonu YouTube kanalında yayımlayıb.
Videoda “Hərbi vəzifənin icrasından yayındığına görə axtarılır” yazısı olan qutu görünür.
Butusov izah edib ki, bu sənədlərin yandırılması onların Rusiya hərbçiləri tərəfindən istifadəsinin qarşısını almaq, müharibədə iştirakdan imtina edən vətəndaşlara kömək etmək məqsədi daşıyır.
Şəbnəm
Gununsesi.info