Putin Pezeşkianı BRİKS sammitinə dəvət edib

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

“Biz Putindən Pezeşkianın BRİKS sammitində iştirakı üçün rəsmi dəvət almışıq”, – deyə iranlı diplomat bildirib.

Bundan əvvəl məlum olub ki, Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində Pezeşkianla görüşə hazırlaşır.

 

 

Günay

Gununsesi.info