“Arsenal”ın futbolçusu yeni rekorda imza atıb

  • By ilhame
  • 18 Avqust 2024 11:00

İngiltərə Premyer Liqasının I turunda “Vulverhempton” üzərində (2:0) qələbə qazanan “Arsenal”ın futbolçusu Uilyam Saliba yeni rekord müəyyənləşdirib.

 

Gununsesi.info xəbər verir ki, fransalı müdafiəçi “topçular”ın heyətində 50-ci qələbəsini qazanıb.

 

O, bu uğura 66-cı oyununda imza atıb. Bununla da Saliba Naço Monrealın “Arsenal”da keçirdiyi 70 matçda 50 qələbəlik rekordunu geridə qoyub.

Gununsesi.info