Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir

  • By ilhame
  • 18 Avqust 2024 12:24

Futzal üzrə “Baku Fire” kollektivinin kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.

 

Gununsesi.info-ya klubdan verilən məlumata görə, Finlandiyada təşkil olunan seminarda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.

 

Kurs 3 mərhələdən ibarətdir. Avqustdan sonra növbəti kurs noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək.

 

Qeyd edək ki, E.Quliyevin yer aldığı seminar UEFA-nın təşkil etdiyi ən üst kurs hesab olunur.

Gununsesi.info