
Cənubi Çin dənizində Çin və Filippin hərbi gəmiləri toqquşub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Çin Sahil Mühafizəsinin sözçüsü Qan Yu bildirib ki, Filippin tərəfi toqquşmaya görə tam məsuliyyət daşıyır.
Qeyd edək ki, iyulun 30-da məlum olub ki, ABŞ Çini bölgədə cilovlamaq üçün Filippinə 500 milyon dollar hərbi yardım verəcək.