
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, seçkilərdə öndə olan Demokratik rəqibi Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb. Tramp həmçinin Harrisi “gözəlliyi” ilə hədəf seçib və özünün ondan”daha yaxşı göründüyünü” iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp Pensilvaniyadakı seçki mitinqində Harrisin iqtisadi siyasətlər haqqında açıqlamalarını “Sovet İttifaqının iqtisadi sistemi”nə bənzədib.
“Kamala çıxışında tam bir kommunist kimi idi. Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini açıqlayıb. Bunun əvvəllər heç vaxt işə yaramadığını görmüsünüz”, – Tramp deyib. Hal-hazırda vitse-prezident olan Harrisin öz partiyası daxilində tənqidlərə məruz qaldıqdan sonra geri çəkilən prezident Co Baydenin yerinə namizəd olması “çevriliş” kimi də xarakterizə edilib.
Tramp “Time” jurnalının üz qabığındakı Harrisin fotosunu da gündəminə daxil edib və rəqibinə qarşı:
“Jurnalın üz qabığı üçün çoxlu fotolar çəkmişdilər, amma işə yaramayb, ona görə də bir rəssam tutdular”,- deyən Tramp, “Kamaladan çox daha yaxşı görünürəm”,- deyə əlavə edib.
Günel
Gununsesi.info