
“Azərbaycanda Rusiyanın Baş konsulluğu açıla bilər, hazırda bu məsələ müzakirə mərhələsindədir”.
Gununsesi.info xəbər verir ki, bunu diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində danışıb.
“Rusiya Federasiyası konsulluğun açılması arzusunu dilə gətirib, çünki bizim Rusiyada iki – Yekaterinburq və Sankt-Peterburqda Baş konsulluğumuz var. Rusiyanın ölçülərini və sizin ölkədə yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, bu təbiidir. Lakin Azərbaycanda isə konsulluqların fəaliyyəti üçün sahə daha məhduddur. Bununla belə, bu istiqamətdə iş aparılır, müxtəlif variantlar təklif edilir. Bu məsələ müzakirə mərhələsindədir”.
Gununsesi.info