Gəncədə hərbçi bıçaqlandı

  • By Günel
  • 19 Avqust 2024 10:05

Gəncədə 30 yaşlı kişi bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 30 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info