Putin İlham Əliyevi Moskvaya səfərə dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının Moskvada keçiriləcək iclasına dəvət edib.

 Gununsesi.info “News.ru”ya istinadən xəbər verir ki, Putin bu barədə Bakıda keçirilən danışıqların yekununda danışıb.

“Oktyabrda İlham Əliyevi Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında görməkdən şad olarıq”, – deyə Rusiya lideri qeyd edib.

O, həmçinin İlham Əliyevi oktyabrda BRICS-in Kazanda keçiriləcək sammitinə dəvət edib.

 

 

 Gununsesi.info