İsrail və HƏMAS arasında atəşkəs son şansdır

“İsrailin HƏMAS ilə davam edən atəşkəs danışıqları sülh üçün son şans ola bilər”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə gələrkən deyib.

“Bu, mənim İsrailə və Yaxın Şərqə oktyabrın 7-dən bəri doqquzuncu səfərimdir və bu, həlledici məqamdır. Yəqin ki, girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq üçün ən yaxşı, bəlkə də son fürsətdir” -deyə Blinken vurğulayıb.

O, əlavə edib ki, hər iki tərəf danışıqlar və münaqişələrin həlli mövzusundan yayınmağı dayandırmalıdır.

Qeyd edək ki, Times of Israel daha əvvəl bildirmişdi ki, HƏMAS Təl-Əvivin irəli sürdüyü “yeni şərtlərə görə” İsraillə atəşkəs razılaşmasından imtina edib.

Xüsusilə, Misirin Qəzza zolağı ilə sərhədindəki dar bir ərazi olan Filadelfiya dəhlizi ətrafında problemlər yaranıb.

İsrail tərəfi danışıqlar zamanı bu ərazinin öz nəzarətində qalmasını tələb edir, Fələstin hərəkatı isə bu tələbi qəbuledilməz adlandırır.

 

 

Günay

Gununsesi.info