
Avqustun 19-da Çikaqoda ABŞ Demokratlar Partiyasının Milli Qurultayı açılır. Qurultay avqustun 22-nə qədər davam edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” yazır.
Tədbirdə ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Uolz da daxil olmaqla, partiyanın bir çox aparıcı simalarının çıxışları olacaq.
Konqresdə həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton, onun həyat yoldaşı, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, eləcə də ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama çıxış edəcəklər.
Bundan əvvəl ABŞ sakinləri arasında qarşıdan gələn seçkilərlə bağlı sorğu göstərib ki, amerikalı seçicilərin 50 faizi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyir.
İlhamə
Gununsesi.info