
Litva hakimiyyəti ukraynalı qaçqınların müvəqqəti yaşamaq icazəsini daha bir il uzatmaq niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Litva Daxili İşlər Nazirliyinin hazırladığı layihəyə əsasən, müvəqqəti mühafizə müddəti 2026-cı il martın 4-dək uzadılacaq.
Bu status hazırda 2025-ci ilin mart ayına qədər etibarlıdır.
Miqrasiya Departamentinin məlumatına görə, hər gün müvəqqəti yaşamaq üçün icazə almaq üçün 30-40 yeni müraciət daxil olur və bu gün Litvada 44,3 mindən çox insan bu statusa malikdir.
Litvanın daxili işlər naziri Agne Bilotaite vurğulayıb ki, müddətin uzadılması ukraynalılar və Miqrasiya Departamentinin əməkdaşları üçün inzibati yükü azaldacaq, həmçinin 2025-ci ilin martına qədər ərizə axınının idarə edilməsini sadələşdirəcək.
Günay
Gununsesi.info