
Amerikalı müğənni Madonna 66 yaşını qeyd etdiyi İtaliyanın qədim Pompey şəhərində tanış olduğu kasıb gənclərdən ibarət teatr qrupuna maddi dəstək verəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Madonnanın “Sogno di Volare” (Uçmaq Rüyası) adlı teatr layihəsində iştirak edən və əksəriyyəti İtaliyanın kasıb şəhərlərində yaşayan gənc aktyorlara 250 min avro (9,2 milyon TL) (463.932,45 AZN) dəstək verəcəyi bildirilib. Aristofanın komediyasını Pompey amfiteatrından başlayaraq, İtaliyanın digər teatrlarına səyahət edən yüzlərlə gənc aktyor səhnələşdirəcək.
Günel
Gununsesi.info