Bakıda oxatma həvəskarlarına çempionatqabağı ustad dərsləri keçirilib -FOTOLAR

  • By ilhame
  • 18 Avqust 2024 14:17

Məlumata görə, dünən “Sea Breeze” yaşayış kompleksində baş tutan tədbir bu gün də saat 13:00-dan 19:00-dək davam edəcəkdir.

 

Açıq havada keçirilən dərslər həvəskarlara möhtəşəm idman atmosferinə qərq olmaq fürsəti qazandırıb!

 

Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərən hər kəsə bu sənətin sirlərini ustalıqla aşılayıblar.

 

Qeyd edək ki, tədbirdə fərqlənən həvəskar oxatanlar müxtəlif hədiyyələrlə mükafatlandırılaraq əsl çempionat əhval-ruhiyyəsi yaşayıblar.

 

Xatırladaq ki, 23-25 avqust tarixlərində Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı baş tutacaq.

Gununsesi.info