
Gununsesi.info-nun 7 nəfərlik ailədəki bir uşağın şəxsiyyət vəsiqəsinin müddəti keçdiyi üçün qatardan endirilməsinə dair məlumatı böyük rezonansa səbəb olub.
Sosial şəbəkələrdə də bu xəbərə reaksiya verən sadə insan Azərbaycan Dəmiryollarının rəhbərliyini tənqid edib, ağır ittihamlar səsləndirib.
Bəs görəsən, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçən Azərbaycan vətəndaşının qatardan endirilməsinin nə dərəcədə hüquqi əsasları var?
Əməkdaşımız bu sualla hüquqşünas Hafiz Həsənova və qanunverici orqanın üzvü Fazil Mustayaya müraciət edib.
Hafiz Həsənov:”Dəmir Yollarının bu addımı anti-konstitusion hərəkətdir”
Hafiz Həsənov bildirib ki,uşağın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsini səbəb gətirib bütövlükdə ailənin qatardan düşürülməsi, minməsinə imkan verilməməsi kobud qanun pozuntusudur:
“Mən başa düşürəm ki, ailə uşağı qoyub getmək istəməyib, ancaq fərd olaraq şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsinə görə, sərnişinin qatardan düşürülməsi də qanunsuzluqdur”.
Hüquqşünas bildirdiyinə görə, baş verənlər anti-konstitusion hərəkətdir:
“Ən böyük qanun pozuntusu ondan ibarətdir ki, hər bir şəxsin ölkə daxilində hərəkət azadlığı var və bu Konstitusuyada təsdiq olunan hüquqdur. Digər tərəfdən sual yaranır ki, qatarlara biletlər niyə şəxsiyyət vəsiqəsi ilə alınır? Bu özü də mübahisəli məsələdir. Ola bilməz ki, mən bir şəxsiyyət vəsiqəsi ilə bir neçə bilet ala bilərəm? Bunu məhdudlaşdıran heç nə yoxdur. Əgər doğrudan da, belə bir sistem varsa ki, ancaq şəxsiyyət vəsiqəsi ilə qatara minəsən, bu Konstitiusiyaya zidd qaydadır”.
Hüquqşünas deyir ki, Mərkəzi Seçki Komissiyası şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxslərə buna görə səsvermədən kənar qalmayacağını bəyan edib:
“Yəni bu o deməkdir ki, onlar da bu səsvermədən kənarda qalmayacaq və bu səsvermədə iştirak edəcək. Mən başa düşə bilmirəm necə olur ki, daha mühüm məsuliyyətli bir hal hesab olunan seçki hüququnun həyata keçirilməsi, şəxsiyyət vəsiqəsinin müddəti keçsə də, onlar səsvermədə iştirak edə bilir, ancaq sadəcə qatarla Gəncədən Bakıya gəlmək üçün şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, adamın qatara buraxılmamasına gətirib çıxarıb”.
Hüquqşünas hesab edir ki, əslində səsvermə hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə görə, məhz müddətli etibarlı şəxsiyyyət vəsiqəsi ilə səs vermək seçki qanunvericiliyinin birbaşa tələbidir:
“Ancaq qatara biletin şəxsiyyət vəsiqəsi ilə alınması və yaxud müddəti keçmiş şəxsiyyət vəziqəsi ilə bilet alıb qatara buraxılmamaq, bu seçki hüququyla müqayisə olunmaz dərəcədə o qədər də əhəmiyyətli bir hal deyil, yəni bu qayda pozuntusu hesab oluna bilməz. Birinci halda o sırf qanunla nəzərdə tutulan pozuntudur, ikinci halda isə o qədər də böyük bir ictimai əhəmiyyəti olmayan bir məsələyə görə, şəxsin qatara buraxılmaması bu böyük pozuntu kimi qəbul edilməlidir”,- deyə hüquqşünas qeyd edib.
Hafiz Həsənov bildirir ki, həmin şəxsin istehlakçı hüququ pozulub və bu da İstehlakçıların hüquqları haqqında qanunla tənzimlənən məsələlərdir:
“Adam sadəcə məhkəmə qaydasıyla məsələləri mübahisələndirib, yaxud da istehlakçıların hüquqlarının pozulmasına görə antiinhisar istehlakçıların hüquqlarının qorunması agentliyinə müraciət edib, öz şikayətini bildirə bilər. Oradan bir nəticə olmasa, bu barədə artıq məhmkəməyə verib mənəvi zərərə görə konpensasiya tələb edə bilər, ola bilər ki orada maadi zərər də olsun”.
Fazil Mustafa: “Dəmir Yollarının bu tələbi absurddur”
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa da bildirib ki, dəmir yolu vasitəsi ilə ölkə ərazisində hərəkət etmək sərbəst hərəkət hüququ verir.
Millət vəkilinin sözlərinə görə, Naxçıvanla bağlı bir istisnalar var ki, təyyarə biletinə hansısa bir şəkildə şəxsiyyət vəsiqəsi ilə, yaxud da bir şəxsiyyəti təsdiq edən pasportla bilet alma imkanı nəzərdə tutulur:
“Bu da bilavasitə təyyarə nəqliyyat növü olduğuna görə, bu ümumi tətbiq olunan qaydalardır. Amma digərlərində belə bir qaydanı tələb etmək absurddur. Hər hansı bir şəkildə vətəndaşdan belə bir tələb ola bilməz. Yaxud da, məsələn şəxsiyyət vəsiqəsinin vaxtı keçirsə, şəxsiyyəti təsdiq edən hansısa bir sənəd varsa, yaxud da hansısa bir şəkildə şəxslə bağlı bir əməliyyat tədbiri varsa, bu olar. Amma burda söhbət uşaqdan gedir. Uşağın şəxsiyyət vəsiqəsi yoxdursa, bunun hər hansı bir şəkildə sübut edən yaxud da onun qeydiyyatı ilə bağlı mənbəni göstərən valideyni əgər öz sənədini təqdim edirsə, bu nəzərə alınmalı idi”.
Fazil Mustafa bildirib ki, burda bir anlaşılmazlıq var və olduqca hüquqi cəhətdən də vətəndaş qarşısında absurd bir tələb qoyulubdur:
“Belə tələbləri hesab edirəm ki, bir də ciddi diqqətlə araşdırıb ortadan qaldırmaq lazmdır. Vətəndaş ölkə içində sərbəst hərəkət edə bilər. Əgər dediyim kimi, hansısa bir əməliyyat xarakterli bir tədbir keşirilirsə və şəxsiyyətlə bağlı hansısa bir şübhələr varsa, bu başqa bir məsələdir. Bu məsələdə hansısa bir pasport yoxlaması gerçəkləşdirilə bilər, amma belə bir şərait yoxdursa, azyaşlı uşağa belə bir qaydanın tətbiq olunması və ona qarşı bu tələbin irəli sürülməsi yanlışdır. Məncə burda qanunazid bir addım atılıbıdr. Bu da dərhal düzəlməlidir”.
Günel Həsənova
Gununsesi.info