
Finlandiyada Kuhmoinendə silah muzeyi qarət edilib və sahibi döyülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Yle” agentliyi Mərkəzi Finlandiya polisinə istinadən məlumat yayıb.
“Pirkanmaa bölgəsindəki Kuhmoinen şəhərindəki silah və hərbi texnika muzeyinin sahibi oğurluq zamanı döyülüb”, – nəşr yazır.
Agentliyin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən iki nəfər Kanqasalada saxlanılıb. Onların avtomobilindən 7 ədəd oğurlanmış silah tapılıb.
Gununsesi.info