Aİ-nın görüşü Brüsseldə keçiriləcək

Macarıstanın mövqeyinin ümumavropa siyasəti ilə ziddiyyət təşkil etməsi səbəbindən Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü Budapeştdən Brüsselə köçürüləcək.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinin rəhbəri Xosep Borrell deyib.

“Hesab edirəm ki, bu görüşün Brüsseldə keçirilməsi daha məqsədəuyğundur, çünki Macarıstan hökumətinin bir sıra mövqeləri Aİ-nin ümumi siyasətinə ziddir”-deyə Borrell bildirib.

Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərindən sonra Avropa Komissiyası öz komissarlarını Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil olunan iclaslardan yayınmağa çağırıb.

Macarıstanın boykotu Avropa ölkələri arasında bir sıra fikir ayrılıqlarına səbəb olsa da, bəziləri qoşuldu, digərləri isə bu çağırışa məhəl qoymadı.

Macarıstanın xarici işlər naziri Peter Szijyarto buna cavab olaraq Avropa İttifaqını “Brüsselin yalan fabriki” adlandırıb.

Diplomat sözlərini onunla izah edib ki, assosiasiya rəhbərləri bununla da Macarıstanın baş naziri Orbanın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh təşəbbüsünə mane olurlar.

 

 

Günel

Gununsesi.info