Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək

  • By ilhame
  • 29 Avqust 2024 22:07

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Gununsesi.info-nun məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb

 

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

 

O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

 

Bu mərhələdə Sabirin rəqibi tailandlı Thanva Kaenkham olacaq.

 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Gununsesi.info