“Neftçi” argentinalı futbolçusu ilə yollarını ayırıb

  • By ilhame
  • 29 Avqust 2024 20:09

“Neftçi” futbolçusu Lukas Melano ilə yollarını ayırıb.

 

Gununsesi.info-ya klubdan verilən məlumata görə, argentinalı oyunçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

 

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib.

Gununsesi.info