“Formula 1”: Azərbaycan Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq

  • By ilhame
  • 29 Avqust 2024 19:01

“Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində 29 avqust, saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Gununsesi.info xəbər verir ki, məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

 

Qeyd edək ki, “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.

Gununsesi.info