6 gündür yanan neft gəmisinin geri çəkilməsinə icazə verildi

Qırmızı dənizdə 6 gündür yanan “MV Sounion” adlı neft gəmisinin geri çəkilməsinə icazə verilib.

Gununsesi.info xəbər verir ki, bunu husilərin sözçüsü Məhəmməd Əbdüsselam X platformasında verdiyi açıqlamada deyib:“Bir çox beynəlxalq tərəflər, xüsusilə avropalılar bizimlə əlaqə saxladıqdan sonra yanan neft gəmisi MV Sonionu geri çəkməyə icazə verildi”.

Əbdüssalam qeyd edib ki, sözügedən gəminin yandırılması Husilərin “İsrail limanlarına hər hansı bir gəminin keçməsini qadağan edən embarqo qərarını pozan hər hansı bir gəmini hədəf almaqda” ciddiliyinə bir nümunədir.

Sözçü Əbdüsselam bildirib ki, İsrailin hücumları bitənə və Qəzzanın blokadası qaldırılana qədər İsrailə bağlı bütün gəmiçilik şirkətlərinə məxsus gəmilər husilərin hədəfi olacaq.

Xatırladaq ki, husilər avqustun 21-də MV Sounion adlı yunan gəmisini “İsrail limanlarına giriş qadağasını pozduğu” əsasıyla hədəfə aldıqlarını açıqlamışdır.

 

 

 

Gununsesi.info