Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır?

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Belarusa qarşı yeni 15-1 sanksiya paketini hazırlayır və bunu həyata keçirməyə şübhə edirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən Euractiv məlumat yayıb.

“Rusiya və Belarusa qarşı sanksiyalarla bağlı yeni təkliflərə baxmağa başlayan Avropa Komissiyası (AK) çox güman ki, riskə getmək və daha bir məhdudiyyətlər paketini tətbiq etməyə çalışmayacaq. Buna görə də, Aİ ölkələri yeni məhdudiyyətlərlə razılaşacaqlarına şübhə edirlər”, – deyə agentlik qeyd edir.

Məlumata ki, AK-nin mövqeyi qışa qədər dəyişə bilər, çünki bu tədbirin təsdiqi və qəbulu Ukraynadakı vəziyyətdən asılı olacaq.

Xatırladaq ki, iyunun 24-də Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Yeni məhdudiyyətlər Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə təsir göstərəcək.

Yeni sanksiyalar paketinə Rusiyadan 116 fiziki və hüquqi şəxs daxil edilib və Rusiya Federasiyası, Çin, BƏƏ və Türkiyədən olan 61 şirkətə ikili istifadə texnologiyalarının tədarükünü məhdudlaşdırıb.

 

 

İlhamə

Gununsesi.info