
İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə tez-tez İranın dəstəklədiyi silahlı qruplaşmalar ifadəsini eşidirik.
İrana bağlı olan silahlı qruplaşmaların hələlik 19 – u barədə məlumatlar mövcuddur. Tehran bu qruplaşmaları vahid şəkildə görür və onların hamısını birlikdə “müqavimət oxları” adlandırır. İranın bu qruplaşmalarla İslam İnqilabı Keşikçiləri korpusu vasitəsi ilə əlaqə qurduğu bildirilir. Bunların arasında əksəriyyəti şiə ideologiyasının daşıyıcısı olsa da, HƏMAS da daxil olmaqla, İslamın sünnü məzhəbinə aid qruplar da mövcuddur. Bu qruplaşmaların çoxu Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri tərəfindən terror təşkilatı kimi tanınıb. Onların əksəriyyəti Yaxın Şərqdə İsrailə qonşu olan ölkələrdə yerləşir. Yaxın Şərqlə yanaşı, Afrikada da İrana bağlı olan silahlı dəstələr mövcuddur.
Günel
Gununsesi.info